Azərbaycanda uşaqlar üçün həbsxana tikilib
Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub.
ENA.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib. Onun sözlərinə görə, artıq binanın tikintisi tam başa çatıb.
"Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlar psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar yeni binaya köçürüləcək", - deyə A. Sabitova bildirib.