G7 ölkələri Rusiya yanacağından imtina ilə bağlı razılığa gəldi

G7 ölkələri Rusiya yanacağından imtina etməyin vacibliyi barədə razılığıa gəliblər.
ENA.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter hesabında paylaşım edib.
“G7-dəki həmkarlarım və mən razılaşdıq ki, zaman keçdikcə Rusiya yanacağından asılılığı azaltmalıyıq. Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını sarsıdacağıq və Putinin uğursuzluğa düçar olmasını təmin edəcəyik”, - o yazıb.