Hadisə

Bakıda maaşlarını ala bilməyən şirkət işçiləri özlərini körpüdən atmaq istədilər

Xətai rayonunda beş nəfər intihara cəhd edib.

ENA.az APA-ya istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan şəxslər özlərini körpüdən atmaq istəyiblər.

Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər.

Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)