“Sberbank” Avropa bazarından çıxır
Rusiyanın “Sberbank”ı Avropa bazarından çıxmağa qərar verib.
ENA.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Mövcud şəraitdə Sberbank Avropa bazarını tərk etmək qərarına gəlib. Qrupun törəmə bankları anormal vəsait axını, işçilərin və filialların təhlükəsizliyi ilə üzləşib”, – mesajda bildirilib.