ABŞ Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna sanksiya qoyub

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna və onun rəhbəri Kirill Dmitriyevə yeni sanksiya tətbiq edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Eləcə də bax: Rusiya genişmiqyaslı kapital amnistiyasına hazırlaşır
“Biz Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna və onun rəhbəri Kirill Dmitriyevi tamamilə blok etmişik”, – ABŞ administrasiyasının rəsmisi bildirib.
Qeyd edək ki, Birbaşa İnvestisiyalar Fondu dünyanın aparıcı sərmayədarları ilə birlikdə fəaliyyət göstərir və sərmayələri reallaşdırır.