Neftin qiyməti 5%-dən çox artıb
Dünya bazarlarında neftin qiyməti 5%-dən çox artıb.
ENA.az birjalara istinadən xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri 5,71% bahalaşaraq, 99,49 ABŞ dollarına satılıb.
WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 5,99% artaraq, 1 bareli 97,07 ABŞ dolları təşkil edib.