Birja

Neft 2014-cü ildən bəri ilk dəfə bir barel üçün 105 dolları keçdi

Cümə axşamı ticarətində neftin qiyməti 2014-cü ildən bəri yeni zirvələrə çataraq, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən bir barel üçün qiyməti 100 dollar həddini aşdı.

Londonun ICE Futures birjasında saat 14:35-ə olan Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 105,32 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,48 dollar (8,76%) çoxdur.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 100,14 dollar təşkil edir ki, bu da çərşənbə gününün yekun dəyərindən 8,04 dollar (8,73%) çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)