Bank

ABŞ Rusiyanın iki sistem əhəmiyyətli bankına qarşı sanksiyaları nəzərdən keçirir

ABŞ Ukrayna ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiyanın “Sberbank” və “VTB” banklarına qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

ENA.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, yeni restriktiv tədbirlərin tətbiqi Rusiyanın Ukraynaya müdaxilə etməyə davam etdiyi halda nəzərdə tutulur.

Daha əvvəl ABŞ Prezidenti Co Bayden bildirmişdi ki, Vaşinqton Rusiyanın son hərəkətlərini Ukraynaya müdaxilənin başlanğıcı hesab edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)