Sosial iqtisadiyyat

Birgə bankların yaradılması, milli valyutada əməliyyatlar: Rusiya ilə bəyanatın iqtisadi tərəfləri

Azərbaycan və Rusiya arasında imzalanmış Bəyannamənin 26-ci və 27-ci maddələrində qeyd edilənlər əsasən 3 məsələyə xidmət edir:

1) Qarşılııqlı hesablaşmalarda milli valyutalardan istifadə

2) Birgə müəssisələrin, o cümlədən bankların yaradılması

3) Avtonom hesablaşma sistemlərinin yaradılması və ya mövcud olacaq alternativ hesablaşma sistemlərinə qoşulma

2021-ci ildə Rusiya Azərbaycanın ən böyük (17,7%) idxalatçı, 3-cü (4,15%) böyük ixracatçı ölkəsi olub. Yəni Rusiya həm də Azərbaycanın ən çox qeyri-neft ixrac etdiyi ölkədir. Neft gəlirlərindən asılı olan və neftdənkənar ancaq Rusiyaya mal göndərən Azərbaycan üçün rublla əməliyyat aparmaq nə dərəcədə səmərəlidir? Bu addım faktiki olaraq Azərbaycanın neftdən kənar dollar qazanmaq imkanını məhdudlaşdırır. Rus şirkətləri üçün stabil manat qazanmaq imkanları artdığı halda milli şirkətlərimizin qeyri-sabit rubl qazanması onların ixrac potensialını artıra bilməsi sual doğurur.

Əslində hər iki maddə Rusiyaya tətbiq edilmiş və bundan sonra ediləcək sanksiyaların zərərinin minimuma endirilməsi üçün nəzərdə tutulan addımlardır. Sabah Rusiya şirkətlərinə, o cümlədən maliyyə institutlarına sanksiya tətbiq ediləndə Azərbaycanın paya malik olduğu şirkətlər də sanksiyaya tuş gələcəklər. Rusiya həm də Azərbaycandan sanksiyalar əleyhinə qalxan kimi istifadə edəcək. Rusiyanın SWİFT-ə alternativ yaradaraq öz hesablaşmalarını aparmaq niyyətinə ölkəmizin cəlb edilməsi narahatlıqlar yaradır.

Bütün bunları Azərbaycan iqtisadiyyatının Avrasiya İqtisadi Birliyinin konsepsiyasına uyğunlaşdırılması istiqamətində atılan ilkin addım kimi də qiymətləndirmək olar

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department