Laçın dəhlizindən yan keçən yol iyulda istifadəyə veriləcək
![](https://ena.az/uploads/news/2022-02/_ena_229221f45626eaf61c77ec496_o.jpg)
Laçının mərkəzin yan keçməklə tikilən avtomobil yolu iyula qədər istifadəyə veriləcək.
ENA.az məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyob.
"Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Uzunluğu 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də tikilib. Yol iyul ayına qədər istifadəyə veriləcək", - deyə Agentlik sədri bildirib.