Bələdiyyənin ərazisində nə qədər yaşayan şəxs özünə torpaq ayrılmasını tələb edə bilər?
Müvafiq bələdiyyənin ərazisində nə qədər vaxt yaşayan şəxsin özünə torpaq ayrılmasını tələb etmək hüququ var?
ENA.az xəbər verir ki, bu sualı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavablandırıb:
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.(2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanun)