ABŞ öz vətəndaşlarını Rusiyanı tərk etməyə ÇAĞIRDI
ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.
ENA.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin öz vətəndaşlarına verdiyi təcili xəbərdarlıq bəyanatında deyilir.
Səfirlik Moskva, Sankt-Peterburq metrolarına, ticarət mərkəzlərinə, qatar stansiyalarına, eləcə də Ukrayna ilə sərhəddə "mümkün hücumlar" ola biləcəyini açıqlayıb.