Gündəm

Bayden Putinlə yalnız bu şərtlə görüşəcək

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

ENA.az xəbər verir ki, əsas şərt kimi siyasətçi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməməsini adlandırıb. Qeyd edək ki, Putin də sammitə razı olduğunu bildirib.

“Biz diplomatiyaya da hazırıq. Eyni zamanda Rusiya müharibəni seçsə, daha ağır nəticələr gözləyirik. Görünür ki, Rusiya yaxın gələcəkdə Ukraynaya genişmiqyaslı hücum hazırlamağa davam edir”, – deyə Bayden söyləyib.

ABŞ prezidenti ötən həftə Rusiyanın işğala qərar verdiyini bildirib. O, bunun yaxın günlərdə baş verəcəyini gözləyir. Moskva Ukraynaya hücum planlarını inkar edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)