Bakı Şəhər İcra Hakimiyyəti Aparatına müvəqqəti rəhbər təyin olunub
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunub.
O, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.
Qeyd edək ki, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev olub. Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.