“Azərbaycanla hüquqi sənəd imzalamağa ümid edirik” - Paşinyan
“Ermənistan yaxın gələcəkdə Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun inşasına imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir”.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı söyləyib.
“Hazırda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin inşası ilə bağlı konkret işlər həyata keçirir. Texniki işlər artıq başlayıb. Ümid edirik ki, əldə olunan razılaşmalar yaxın vaxtlarda Azərbaycanla sənəd şəklində öz əksini tapacaq və proses tam olaraq irəli gedəcək”, - deyə Paşinyan bildirib.