Avtomobil

Gürcüstanda benzin bahalaşdı

Gürcüstanda benzin və dizel yenidən bahalaşıb.

ENA.az xəbər verir ki, qiymətlər keçən ayla müqayisədə 5 faizdən 9 faizə qədər artıb.

Hazırda 92 markalı benzinin qiyməti 3,16 lari (artım 6,84 faiz), super 95 markalı benzinin qiyməti 3,25 lari, premium (98 marka) benzinin bir litri 3,33 laridir.

Dizel yanacağının qiyməti isə 8,63 faiz artaraq 3,19 lari olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)