Səhmdarların banklarda nə qədər pulu var: kim artıb, kim azalıb?
Pandemiya ilə bağlı banklar da müəyyən zərərlə üzləşdilər. Xüsusən də kreditlərin geri qaytarılmasında sahibkarlar çətinlik çəkdilər, bu isə nəticədə aktivlərin keyfiyyətinin bir qədər pisləşməsinə səbəb oldu.
Azərbaycan Mərkəzi Bankı bu nəzərə alaraq, banklara tövsiyə etdi ki, bank sahibləri gəlirləri bölüşdürməsinlər və nizamnamə kapitallarına əlavə etsinlər.
Tənzimləyicinin bu tövsiyələrini bir neçə bank nəzərə alıb. ENA.az həmin bankların siyahısını və ümumilikdə 2022-ci ilin əvvəlinə bankların səhmdar kapitallarının mövcud vəziyyətini təqdim edir.
Təhlillərimiz göstərir ki, banklar kapital inyeksiyasını daha çox oktyabr-dekabr aylarında qəbul ediblər. Kapital artımında edən dördlük bunlardır: Naxçıvanbank, TuranBank, Muğanbank.
Qeyd edək ki, bank sahiblərinin təsis edilərkən banka qoyduqları pul nizamnamə kapitalı adlanır (50 mln. manatdan az ola bilməz). Bankın fəaliyyəti uğurlu olduqda, mənfəət əldə edir, uğursuz olduqda zərərə məruz qalır. Bundan asılı olaraq da cəmi (faktiki) kapitalı (xalis aktivi) artır və ya azalır.
Məsələn, tutaq ki bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bank 150 mln. manat əmanət cəlb edib. Deməli, bankın 200 mln. pulu var. Həmin pulu bank kredit verib və 10 mln. mənfəət əldə edib. Bu o deməkdir ki, bankın artıq 210 mln. pulu (aktivi) var və həmin pulun faktiki kapital hissəsi artıq 60 mln. manatdır (yəni 50 mln. nizamnamə kapitalı+10 mln. mənfəət). Yəni bu 60 mln. bank sahiblərinə məxsus olan məbləğdir.
İndi isə təsəvvür edək ki, bank əksinə 10 mln. zərərə məruz qalıb. Bu o deməkdir ki, bankın 190 mln. pulu (aktivi) var və həmin pulun faktiki kapital hissəsi 40 mln. manatdır, yəni nizamnamə kapitalından 10 mln. azdır. Qanunvericiliyə görə, bu halda bank nizamnamə kapitalını faktiki kapital səviyyəsinədək (50 əvəzinə 40 mln. olmalıdır) azaltmalıdır. Yəni faktiki kapital nizamnamə kapitalından az ola bilməz.
Başqa sözlə, bank əmanətçilərdən götürdüyü pullarla yanaşı, bank sahibləri də banka öz pullarını yerləşdirsin ki, kredit verərkən yalnız başqalarının pulu ilə deyil, həm də öz pulları ilə risk etsinlər.