DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi
![](https://ena.az/uploads/news/2022-02/_ena_05aceea2abde268e804dbac21_o.jpg)
Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.
Məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.
O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.