Sağlamlıq

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Pərviz Hacıyev vəzifəsindən azad olunub.

ENA.az xəbər verir ki, bu barədə onun özü bildirib.

O, istəyi ilə vəzifəsindən ayrıldığını qeyd edib və bu addımı öz inkişafına və pasiyentlərinə daha çox vaxt ayırmaq üçün atdığını deyib.

P.Hacıyev etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)