Bank

“Kapital Bank”dan “PAŞA Bank”a transfer

“PAŞA Bank” ASC-də yeni təyinat baş tutub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, Babək Rəsulzadə Rəşid oğlu bankın Daxili audit xidmətinin (departamenti) rəhbəri təyin edilib.

B.Rəsulzadə bu vəzifədə Rauf Osmanov Teymur oğlunu əvəzləyib.

Qeyd edək ki, B.Rəsulzadə buna qədər “Kapital Bank” ASC-nin Daxili audit xidmətinin rəhbəri müavini vəzifəsində çalışırdı. O, həmçinin indiyə qədər AFB Bank ASC-də və Azərbaycan Respublikası Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.

Daxili audit – bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə yaradılmış və icra orqanlarından müstəqil olan gəlir gətirməyən xidmətidir. Daxili audit bankın Müşahidə Şurasından və İdarə Heyətindən müstəqil olaraq fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)