Qarabağ

"Delimitasiya prosesinin başlanması üçün hansısa “icadlara” və ya “kreativ yanaşmalara” ehtiyac yoxdur”

“Hesab edirik ki, delimitasiya prosesinin başlanması üçün hansısa “icadlara” və ya “kreativ yanaşmalara” ehtiyac yoxdur”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq sərhədlər tanınmalıdır. Komissiyanın işinə başlanılmalıdır. 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayan, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozan bir dövlətin artıq işğal faktına son qoyulandan sonra bu prosesin müəyyənləşdirilməsi üçün hansısa ilkin şərtlər irəli sürməsinə hesab edirik ki, nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan dövləti bunu nə qədər tez anlayarsa, hesab edirik ki, proses bir o qədər tez başlaya bilər”, - o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)