Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar
Arizona Universitetinin alimi Klaus Lackner-in rəhbərliyi altında tədqiqatçılar xüsusi mexaniki ağaclar yaradıblar. Yaradılmş həmin mexaniki ağaclar atmosferdəki CO2 qazını yığa biləcəklər. Məlumata əsasən bu mexaniki təchizatlar CO2 qazını təbii ağaclardan daha effektiv şəkildə yığa biləcəklər. Mexaniki ağaclar diametri 1.5 metrlik xüsusi disklərə sahib olan yüksək sütunlar şəklindədirlər. Disklər bir-birilərindən 5 sm-lik məsafədə yerləşirlər. Yüksək sütunların sahib olduqları disklər kimyəvi qətran örtüyü ilə əhatə olunublar. Nəticədə həmin kimyəvi qətran atmosferdən CO2 qazının yığılması üçün nəzərdə tutulub. Yığılmış CO2 qazı xüsusi anbarlara yerləşdirilir və daha sonra ondan nəqliyyat növləri üçün nəzərdə tutulmuş sintetik yanacağın istehsalında istifadə etmək olar.
Bu üsul ilə yanacaq istehsalı prosesində neft ilə qazın istifadəsini dəfələrlə aşağı salmaq mümkün olacaq. Klaus Lackner yaxın gələcəkdə bu cür mexaniki ağaclardan ibarət 3 ferma inşa etməyi planlaşdırır. Onlardan biri artıq bu ilin sonunda Arizona ştatı ərazisində istifadəyə verilməlidir. Sözügedən layihənin reallaşdırılması üçün alimlər ABŞ Energetika Nazirliyindən 2.5 milyon dollar maliyyə əldə ediblər. 12 ədəd mexaniki ağac gün ərzində 1 ton həcmində CO2 qazı yığa bilər. 1200 ədəd mexaniki ağacdan ibarət kiçik ferma 100 ton həcmində CO2 qazı yığmaq potensialına sahibdir.
2-3 kvadrat kilometr əraziyə sahib böyük ferma gün ərzində 10.000 ton, bütün dünya üzrə 250 ədəd bu cür ferma isə gün ərəzində 2.7 milyon ton həcmində CO2 qazı yığa bilər. Alimlərin sözlərinə əsasən planlaşdırılan ilk 3 fermanın istifadəyə verilməsindən sonra onlar hər gün 1000 ton həcmində CO2 qazı yığa biləcəklər. Hal hazırda CO2 qazının ifrazı o qədər böyükdür ki, təbii ağaclar onları yenidən oksigenə emal etməkdə çətinlik çəkirlər. Atmosferdə yığılan CO2 isə öz növbəsində qlobal istiləşməyə səbəb olur. İqlim dəyişikliyi ilə bağlı vəziyyət o dərəcədə kritikdir ki, insanlar hətta yanacaq yandırılmasını və CO2 ifrazını tamamilə dayandırsalar da, bu, iqlimin stabilləşməyi üçün kifayət etməyəcək.