Birja

İlin əvvəlində neft 10% bahalaşıb: bugünə olan birja qiymətləri

Bugün Asiya sessiyası zamanı neft qiymətləri yüksəlir, bir gün əvvəlki enişi qismən geri qaytarır, investorlar Yaxın Şərq və Şərqi Avropada geosiyasi riskləri həssaslıqla izləyirlər.

Londonun ICE Futures birjasında bugün saat 9:03-ə Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 86,70 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,43 dollar (0,5%) çoxdur. Bazar ertəsi ticarət nəticəsində bu müqavilələr 1,62 dollar (1,8%) ucuzlaşaraq 86,27 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart ayı fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 83,61 dollar təşkil edir ki, bu da bazar ertəsi sessiyanın yekun dəyərindən 0,3 dollar (0,36%) çoxdur. Bir gün əvvəl bu kontraktların dəyəri 1,83 dollar ucuzlaşaraq 83,31 dollar/barel olub.

Qeyd edək ki, ilin əvvəlindən neft 10%-dən çox bahalaşıb.

DTN-in baş analitiki Troy Vincent dedi ki, son bir ayda neft bazarındakı ralli “fiziki bazarın reallıqlarından çox irəlidədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)