Bank

Azərbaycanın bank sektoru ötən il 609 milyon manat mənfəət əldə edib

Azərbaycanın bank sektoru 2021-ci ildə 609 milyon manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 7.2% artım deməkdir. Yanvar-noyabr aylarında bank sektorunun mənfəəti 614.1 min manat olub. Belə ki, aylıq müqayisədə 0.8% azalıb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

12 ay ərzində bankların gəlirləri 2.983 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15% çox), xərcləri 2.009 milyon manat (16.2% çox), mənfəət vergisi ödəmələri isə 165.6 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)