Gürcüstanda pensiyalar artırılıb
2019-cu il yanvarın 1-dən etibarən Gürcüstanda artan pensiya sistemi fəaliyyətə başlayıb. 2018-ci ilin 6 avqustunadək Gürcüstanda işləyən, 40 yaşına çatmayan və daimi yaşayan bütün xarici vətəndaşların bu pensiya sistemində iştirak etməsi məcburidir. Eləcə də yaşından asılı olmayaraq 2018-ci ilin 6 avqustunadək 40 və daha çox yaşı olan bütün işçilər də pensiya sistemində könüllü surətdə iştirak edə bilərlər. 1 yanvardan etibarən qüvvəyə minən pensiya sisteminə avtomatik olaraq Gürcüstanın bütün vətəndaşları, burada daimi yaşayış yeri olan xarici vətəndaşlar, 55 yaşı tamam olmayan qadınlar və 60 yaşı tamam olmayan kişilər daxildir.
Pensiya yaşına çatan şəxslər istənilən an aylıq pensiya məbləğlərini verdikləri ərizə əsasında ala biləcəklər.
Yanvarın 1-dən pensiyaçıların şəxsi hesablarına vergiyə cəlb olunmayan əmək haqqının 2%-i əlavə olunacaq. Bu isə pensiyaçıların hesabına 20 larinin əlavə olunması deməkdir. Yəni artıq pensiyaçılar hər ay 180 lari əvəzinə 200 lari alacaqlar. 20 lari əlilliyi olan şəxslərə də aid olunur. Belə ki, 1- ci qrup əlilliyi olan şəxslər 180 lari əvəzinə 200 lari alacaqlar, 2-ci qrup əlilliyi olan şəxslər 100 lari əvəzinə 120 lari alacaqlar, 3-cü qrup əlilliyi olan şəxslər isə 180 lari əvəzinə 200 lari alacaqlar.
Qeyd etmək lazımdır ki, 2019-cu ilin 1 aprelindən – 31 mayınadək pensiya sisteminə cəlb olunan şəxslər yalnız 1 dəfə ərizə verməklə bu sistemdən çıxa bilərlər. Pensiya sistemindən çıxdıqdan sonra əgər vətəndaş təkrar daxil olmaq istəyərsə bu imkan ona veriləcək, lakin bu dəfə sistemdən çıxa bilməyəcək.
Qeyd edək ki pensiya sisteminə daxil olan şəxslər öz hesablarını hər ay pensiya agentliyinin saytında yoxlaya biləcəklər.