SOCAR-da yüksək vəzifəyə təyinat olub
SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə”də yüksək vəzifəyə təyinat olub.
2022-ci il 1 yanvar tarixindən etibarən Fuad İbrahimov “SOCAR Türkiyə”nin nəzdində təbii qazın paylanması, təbii qaz və elektrik enerjisi təchizatı, ticarət və topdansatış sahələrində fəaliyyət göstərən Təbii Qaz Biznes Bölməsinə rəhbər təyin edilib.
2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F.İbrahimov Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə”də Neft-Kimya Biznes Qrupunun direktoru kimi fəaliyyətə başladıqdan sonra Neft Emalı və Neft-Kimya Biznes Bölməsində, həmçinin Korporativ Mərkəzdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
“SOCAR Türkiyə” Təbii Qaz Biznes Bölməsinin prezidenti təyin edilən Fuad İbrahimov müvafiq bölmənin nəzdində fəaliyyət göstərən “Bursagaz”, “Kayserigaz” və “SOCAR Enerji Ticaret” şirkətlərinin idarəçiliyinə cavabdeh olacaq.