Sağlamlıq

Azərbaycana koronavirusun müalicəsində istifadə üçün yeni dərmanlar gətiriləcək

"Azərbaycana koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin gətirilməsi nəzərdən keçiriləcək".

ENA.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir: “Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department