Nazir müşavirini yeni vəzifəyə təyin etdi
Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub.
ENA.az-ın Report-a istinadən məlumatına görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.