Sağlamlıq

Alimlər: Koronavirusun "omikron" ştamının ev şəraitində müalicəsi mümkündür

Koronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

Bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

Məlumatlara görə, yoluxmuş "omikron"un xəstəxanaya getmə riski "delta" ilə müqayisədə 50-70% azdır.

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)