Sağlamlıq

Azərbaycana daha 4.4 milyon doza peyvənd gətiriləcək

İndiyə qədər Azərbaycana yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 14 milyon 92 min 460 doza vaksin gətirilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda pandemiyanın yayılmasının məhdudlaşdırılması, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınması məqsədilə “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V” vaksinlərinin istifadəsi təmin edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)