Yoluxanlarla bağlı son məlumatlar açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1671 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkadan 18 nəfər COVID-19-dan dünyasını dəyişib.