Sifarişli yayım xidməti provayderi olacaq
Sifarişli yayım xidməti provayderi olacaq.
Bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, audiovizual media subyekti olan sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərəcək. Sifarişli yayım xidməti provayderi proqram kataloqunu platforma operatorunun yayım üsulları və ya birbaşa internet vasitəsilə, o cümlədən, mobil tətbiqlər vasitəsilə təqdim edəcək. Sifarişli yayım xidməti provayderi proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə məlumatı və həmin proqramların yayımı üçün əldə etdiyi yayım hüquqlarına dair müqavilələri Audiovizual Şuraya təqdim etməlidir.
Sifarişli yayım xidmətinin proqram kataloquna daxil edilmiş bütün proqramlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğun olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.