"Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99%-ni alacaq

Layihə üzrə tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonra "Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payından alacağı hissəsi 15,5%-dən 9,99%-ə endirəcək.
ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Razılaşmanın məbləği isə 2,25 milyard ABŞ dollarından 1,45 milyard ABŞ dollarınadək azalacaq. Razılaşmanın 2022-ci ilin yanvar ayında qapadılması gözlənilir.