Azərbaycanda media orqanlarına 5 illik vergi güzəşti tətbiq edilə bilər
“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı əlimizdə layihə var”.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir: “Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun”.