ENA+

Peskov Yunanıstan və Türkiyə ilə münasibətləri qiymətləndirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Yunanıstan münasibətlərinə 10 ballıq şkala üzrə 6 bal, Rusiya-Türkiyə münasibətlərinə isə 7 bal qiymət verib.

ENA.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Yunanıstanın Antenna (ANT1) telekanalı bildirib.

Rusiya Prezidenti Vladimir Putinin Soçidə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşü ərəfəsində Peskov həmin telekanala verdiyi müsahibədə Yunanıstan-Rusiya münasibətlərinə toxunub. Kremlin nümayəndəsi Rusiya-Yunanıstan münasibətlərinə 10 ballıq şkala üzrə 6 bal, Rusiya-Türkiyə münasibətlərinə isə 7 bal qiymət verib.

D.Peskov daha sonra əlavə edib ki, itirilmiş mövqeləri bərpa etmək və iki ölkə arasında əməkdaşlıq sahələrini genişləndirmək üçün ciddi imkanlar var.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 8-də Soçidə Yunanıstan Respublikasının baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar aparacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)