TURİZM

Avropaya səyahət qaydaları dəyişir, 3-cü doza tələb olunacaq

Avropa İttifaqı (Aİ) daxilində səyahət və üçüncü ölkələrdən daxil olan zaman təqdim edilən COVID-19 sertifikatlarının etibarlılığına yenidən baxılır.

Bu  barədə Avropa komissarı Didye Reynders Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ sertifikatın etibarlılığını 9 ayla məhdudlaşdırmaq niyyətindədir. Müddət ikinci dozanın qəbulundan hesablanacaq və vaksinin üçüncü əlavə (buster) dozası tələb ediləcək, peyvəndin üçüncü dozası olmadıqda sertifikat etibarlı olmayacaq.

Qərar son vaxtlar Avropada koronavirusa yoluxma hallarının əhəmiyyətli dərəcədə artması fonunda, eləcə də elmi sübutlara əsaslanaraq qəbul edilib.

2022-ci il martın 1-dən qüvvəyə minəcək qaydalar 6 yaşdan 17 yaşa qədər olan yaş qrupuna da şamil olunacaq.

Bundan əlavə, bütün uçuşlarda mənfi PCR test nəticəsi tələb olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)