"QAİ"-nin bu səlahiyyəti sahibkarlara veriləcək – HÖKUMƏTƏ TAPŞIRIQ
Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir.
"BI", Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, Nazirlər Kabineti 2019-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi ilə birlikdə nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini təmin etməlidir.
Eyni zamanda bu müddət ərzində Nazirlər Kabineti Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsini təmin etməlidir.
Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərinə daxildir.