Banklar faizlərdən nə qədər qazanırlar: Xalq Bank kreditlər üzrə gəlirlərdə geriləyir
Bu ilin 3-cü rübünün nəticələrinə görə, Azərbaycanda 3 bankın faiz gəliri 1 milyard 533 milyon manat təşkil edir. Bunun 857 milyon manatı yalnız 3 bankın –Kapital Bank, ABB, Paşa Bankın payına düşür. Bu isə o deməkdir ki, faiz gəlirlərinin ümumilikdə 60%-i bu üç banka çatır.
Siyahıdakı növbəti yerləri Unibank və Accessbank tutur və bu bankların kredit aktivliyindəki rolu, onların qazanclarında da öz əksini tapır. Maraqlı tendensiya Xalq Bank üzrə qeydə alınır, belə ki, bu bank ilk sıralardakı yerini getdikcə itirir və aktivlərinin hım Unibank, həm də Accessbank-dan çox olmasına baxmayaraq, bu bank bəzi göstəricilərində geriləmə nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycanda bankların faiz gəlirləri əsasən verilən kreditlərdən formalaşır və üstəgəl qiymətli kağızlar üzrə əldə edilən faiz gəlirləri də bu kateqoriyaya daxildir.
Beləliklə, faiz gəlirləri üzrə bankların renkinqi aşağıdakı kimidir.