Sosial iqtisadiyyat

Azərbaycanda koronavirusa yoluxma azalıb: 33 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 825 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 574,799 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 1889 yoluxma faktı qeydə alınmışdı.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər (ötən gün 25 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 657 nəfərə çatıb.

Virusa yoluxmuş 539,494 min nəfər (sutka ərzində +1238) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 27 min 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 199 (ötən gün 11 min 740 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 449,379 min test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)