“WhatsApp”da yeni funksiya yaradılıb
“WhatsApp”a məxfiliyi gücləndirən daha bir funksiya əlavə edilib.
ENA.az xəbər verir ki, bundan sonra istifadəçilər öz profillərindəki bəzi məlumatları konkret şəxslərdən gizlədə biləcəklər.
Bunun üçün profil şəklini, messencerə son daxil olma vaxtını və “Haqqımda” bölməsini görə biləcək kontaktların siyahısını yaratmaq lazımdır.
Vurğulanır ki, bu funksiyanı aktivləşdirən istifadəçi siyahıdakı kontaktların messencerə son daxil olma vaxtını görə bilməyəcək. Bu qayda profil şəklinin və ya “Haqqımda” bölməsinə şamil edilməyəcək.
Yeni funksiya tətbiqin 2.21.23.14 versiyasında mövcuddur.
Qeyd edək ki, messencerlərdə yazışmaların məxfiliyini təmin etmək üçün şifrləmə texnologiyasından istifadə olunur. Bu o deməkdir ki, mesajlar bir cihazda şifrlənir, digərində isə oxunur.