Bank

Hesablama Palatası iki sosial dövlət fondunun gələnilki büdcəsinə rəy verib

Hesablama Palatasıında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

ENA.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunlara uyğun olaraq iki məsələyə - “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihələrinə verilmiş rəylərə baxılıb. Müzakirələrdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də iştirak edib. Hər iki rəy müzakirə olunaraq təsdiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)