Sosial iqtisadiyyat

Əmanətlərin Sığortalanması Fondu - REBRENDİNQ EDİB

Əmanətlərin Sığortalanması Fondu (ADIF) rebrendinq keçirib.

ENA.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, rebrendinq çərçivəsində yenilənən loqo əmanətlərin daha effektiv sığortalanmasını və Fondun güclü idarəetməsini əks etdirməklə, milli ornamentlərdən istifadə olunmaqla xüsusi obraz yaradılması məqsədi daşıyır.

Yeni loqoda müvafiq olaraq açıq və tünd göy rəngli qalxanlar rasionallıq və korporativliyi simvolizə edir. Bu qalxanların birləşməsindən isə Azərbaycan Respublikasının dövlət rəmzlərindən olan səkkizguşəli ulduz formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)