MALİYYƏ

“Apple” “iPhone”lardan 191 milyard dollar qazanıb

Bu ilin III rübündə ABŞ-ın texnologiya nəhəngi - “Apple” şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 29% çox - 83,4 milyard dollar olub. 

ENA.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

Məlumata görə, 3 aylıq hesabat dövründə “Apple”ın xalis mənfəəti isə 20,5 milyard dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 62,7% çoxdur. 

Sentyabrın 25-də şirkətdə başa çatan maliyyə ilinin nəticələrinə görə, “Apple”ın gəliri keçən il 274,5 milyard dollar olduğu halda, bu il 365,8 milyard ABŞ dolları olub. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edirdisə, bir il əvvəl bu göstərici üzrə məlumatlar 57,4 milyard ABŞ dolları təşkil edib.

Şirkətin əsas məhsulu iPhone olaraq qalır, bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir rübdə 38,8 milyard ABŞ dolları, maliyyə ilində isə 191,9 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)