“Mitsubishi” yeni hibrid krossoverini təqdim edib – Fotolar
“Mitsubishi” şirkəti yeni “Outlander PHEV” krossoverinin hibrid versiyasını təqdim edib.
ENA.az xəbər verir ki, bu model avtomobilin benzin mühərrikli versiyasından demək olar ki, heç nəyi ilə fərqlənmir. Salonda benzin-elektrik stansiyasının iş rejimlərini əks etdirən rəqəmsal cihazlar paneli dəyişdirilib.
“Outlander PHEV” 133 at gücündə 2.4 litrlik benzin mühərrik, 116 at gücündə elektrik mühərriklə təchiz edilib. Hibrid elektrik stansiyasının elementlərinin yeni tərtibatı modelin tutumunu artırıb.
Xatırladaq ki, “Mitsubishi Outlander” 2021-ci ilin əvvəlində başlayıb. Avtomobilin hibrid versiyası 2022-ci ilin əvvəlində satışa çıxarılacaq.