Sosial iqtisadiyyat

Auditorlar Palatasında yeni şöbə yaradılıb, müdir təyin olunub

Auditorlar Palatasının sədri Vahid Novruzov qurumun strukturunda yeni şöbənin yaradılması barədə əmr imzalayıb.

ENA.az xəbər verir ki, əmrə əsasən, Palatada Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsi yaradılıb.

Şöbəyə rəhbərlik isə Zaur Almazova həvalə olunub. O, indiyə qədər Palatanın Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)