Sosial iqtisadiyyat

Nazir Bakıda polis idarəsinə yeni rəis təyin edib

Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)