Bakıda geyim mağazaları idarə edən şirkət təşkilati-hüquqi formasını dəyişib
Bakıda butikləri və mağazaları idarə edən “Ayma Alyans” QSC təşkilati-hüquqi formasını dəyişib.
"BI" “Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkət Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.
“Ayma Alyans” QSC “Sinteks Group of Companies”in varisidir.
“Ayma Alyans” geyim və zinət əşyaları satışı üzrə ən iri şirkətlərdən biri olmaqla dünya şöhrətli brendləri (Gucci, Dolce&Gabbana, Burberry, PRADA, Giorgio Armani, Valentino, Fendi, Dalloyau, Gloria Jean’s Coffee) Azrəbaycanda təmsil edir. “Mango”, “New Yorker”, “Next” mağazaları “Ayma Alyans” şirkətinə məxsusdur.
“Ayma Alyans” QSC-nin sahibləri Əliyev Vüqar Feyruz oğlu (75%) və Cərullayev Ülvi Şahmərdan oğludur (25%)