Sağlamlıq

Tezliklə “Turkovac” vaksininin istehsalına başlanılacaq

Türkiyənin koronavirus əleyhinə yerli “Turkovac” vaksininin istifadə olunması üçün icazənin alınması ilə bağlı hazırlıqlar başlayıb.

Bu barədə məlumatı “CNN Türk” yayıb. Bildirilir ki, “Turkovac” peyvəndi üçüncü mərhələ araşdırmalarından sonra müsbət nəticələr verib. Hazırda məqsəd oktyabr ayının sonuna qədər vaksinin istehsalına başlamaqdır.

Qeyd olunur ki, Türkiyənin yerli vaksininin istehsalı üçün artıq üç şirkət ilə razılıq əldə olunub. İlkin mərhələdə bir gündə 300 min doza istehsal olunması planlaşdırılır.

“Turkovac”ın dövriyyəyə buraxılması ilə 18-yaşdan yuxarı milyonlarla vətəndaşın peyvənd olunması gözlənilir. Həmçinin bu günə qədər 18-55 yaş qrupunda 1,5 milyon nəfər könüllü olaraq “Turkovac” üçün müraciət edib.

Qeyd edək ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay Anadolu Agentliyinə verdiyi müsahibəsində bildirib ki, “Turkovac” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)