BİZNES

"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı kəskin artırılıb

"AzerGold" QSC-yə məxsus "Daşkəsən Dəmir Filiz" MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

ENA.az xəbər verir ki, şirkətin kapitalı 0,001 milyon manatdan 13,001 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" ötən ilin dekabr ayında yaradılıb. Məqsəd sözügedən yatağın yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)