TURİZM

2021-ci ildə turizm sektorunun kredit borcu nə qədərdir?

Pandemiyadan zərərçəkən daha çox otelçilik biznesidir

Turizm sektorunun banklara kredit borcu 2021-ci ildə bir qədər azalsa da, problemli kreditlər üzrə ödəmə gələcək tarixə təxirə salınıb. Azərbaycanın turizm sektorunda da eyni vəziyyətdir və turizm sektoruna verilən kreditlər üzrə Mərkəzi Bank banklara müəyyən tövsiyyələr verib. Bu tövsiyyələrin əsası olaraq verilən kredit tətillərinin müddəti isə bu ilin sentyabr ayının sonunda bitir.  

Turizmdatabank-ın tərtib etdiyi məlumatlara görə, turizm sektorunun banklara olan kredit borcunun böyük hissəsi otellərlə bağlıdır.

Turizmgunlugu yazır ki, sektordakı problemli kreditlərin həcmi 2016-2019-cu illər ərzində 77 milyon dollardan 1,43 milyard dollara, otellərdə isə 28 milyon dollardan 1 milyard dollara yüksəlib.

Turizm sektoru 2020-ci ildə 5,6 milyard dollarlıq kredit istifadə edib. Bu kreditlərin 4,5 milyard dolları otellərin payına düşür. 

2021-ci ilin ilk 7 ayında isə turizm sektoru 1,25 milyard dollar kredit alıb. Bu kreditlərin 1,1 milyard dolları otellərə verilib. Bu kreditlərin böyük hissəsi otelləri düşdükləri durumdan çıxartmaq məqsədi daşıyır. 

AviaTravel.az-ın sektordan aldığı məlumata görə, Azərbaycanda turizm sektoru pandemiyadan ilk və ən çox zərərçəkən sahədir. Bu sahənin ümumi problemli kreditlər portfelində payı isə tam dəqiq deyil. Kreditləri qaytarmaqda ən çox əziyyət çəkən isə otellər və dövriyyə vəsaiti kimi kredit götürən turizm şirkətləridir. Belə ki, sərt karantin aprel ayında başladığından otellər ilin əvvəlində xeyli borc götürmüşdülər, çünki yay mövsümünə hazırlaşırdılar. (aviatravel.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)